Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəvəsinə şiddət göstərdiyi deyilən nənə danışdı - Yenilənib, Foto, Video 

Sosial şəbəkələrdə Sumqayıt şəhərində yaşayan azyaşlının nənəsi tərəfindən qeyri-insani rəftara məruz qalması ilə bağlı məlumatlar yayılıb...

Nəvəsinə şiddət göstərdiyi deyilən nənə Ülviyyə Abdullayeva Baku TV-yə açıqlama verib.

O, nəvəsinə fiziki zorakılıq tətbiq etmədiyini deyib:

“Əminəyə qışqırırdım, onu danlayırdım. Onu cəzalandırmaq üçün deyirdim ki, qapının arxasında dayan, bir saat oyuncaqla oynamayacaqsan. Amma döymək mənim tərbiyəmə ziddir”.

Ü.Abdullayevanın sözlərinə görə, nəvəsi nevroloji xəstədir:

“Stolun, çarpayının üstünə çıxır. Yanında adam olmayanda özünü yerə çırpır”.

Nənə həmçinin qeyd edib ki, onu polisə şikayət edən şəxs nəvəsini sənədsiz şəkildə övladlığa götürən qadındır:

“Məni şikayət edib ki, uşağı məndən alıb, ona versinlər. Bu, mümkün deyil. Uşağı dövlət məndən alsa belə, onlara verilməyəcək”.


***

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyi Sumqayıtda nənəsi tərəfindən körpənin döyülməsi ilə bağlı daha bir açıqlama verib.

Agentliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məsələ qurum tərəfindən nəzarətə götürülüb:

“Kəmalə Ağazadə tərəfindən müvafiq altsistemə bu gün edilən müraciət də qeydə alınıb. Uşağın aidiyyəti dövlət uşaq müəssisəsinə yerləşdirilməsi məsələsinə qiymətləndirilmə aparılaraq baxılacaq”.

O əlavə edib ki, nənənin himayəsində qalan digər iki uşaq barədə də Agentlik əməkdaşları yerində qiymətləndirmə aparacaqlar.

***

Daxili İşlər Nazirliyi Sumqayıtda nənəsi tərəfindən körpənin döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-a bildirib ki, sosial şəbəkələrdə Sumqayıt şəhərində azyaşlının qeyri-insani rəftara məruz qalması ilə bağlı yayılan informasiyalar qurum tərəfindən nəzarətə götürülüb:

“Belə ki, Sumqayıt şəhəri ərazisində yaşayan Ülviyyə Rəsul qızı Abdullayevanın himayəsindəki üç uşağı baxımsız şəraitdə saxlaması barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub. Polis əməkdaşları ünvana gedərək, Ü.Abdullayevanın himayəsində olan üç azyaşlıdan biri - 2021-ci il təvəllüdlünün bədənində müxtəlif xəsarətlər aşkar ediblər.

Körpə nənəsi ilə birlikdə Təcili Tibbi Yardım Şöbəsinə gətirilib. İlkin müayinə zamanı azyaşlının fiziki və psixoloji cəhətdən yaşıdlarından geri qaldığı və sağ qulağında xəsarətlər aşkar edilib. Azyaşlı tibbi yardım göstərilməsi və müvəqqəti olaraq qalması üçün polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib. Hazırda faktla bağlı Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsində araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ nəzarətə götürülüb:

“Artıq aidiyyəti qurumlar məlumatlandırılıblar, lazımi addımlar atılacaq”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı araşdırma apardıqdan sonra məlumat veriləcək.

***

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə azadə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, uşağın iki yaşı var:

“Nənəsinin fiziki işgəncələrinə məruz qalıb. O, Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanaraq sığınacağa yerləşdirilib. Körpə bir həftə xəstəxanada nəzarətdə qalıb”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Ən çox oxunanalar